Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 579,3 min ton xam neft hasil edib.
“Report” şirkətə istinadən xəbər verir ki, bunun 615,8 min tonu sentyabrın payına düşüb.
Hesabat dövründə ümumilikdə Azərbaycan üzrə 28 820,8 min ton neft hasil olunub ki, onun da 3 219,6 min tonunu sentyabr ayının hasilatı təşkil edib.