Snap cari ilin ikinci rübünə olan maliyyə göstəricilərini açıqlayıb.
Onun itkiləri böyüməyə davam edib. Snapchat photo app adı arxasında dayanan şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 153% artaraq $181.7 milyon dollara çatsa belə, şirkəti itkilərində artım dörd dəfəyə yaxın olub.
Səhm üzrə itkinin miqdarı, ekspertlərin bir səhmə $0,10 dollar gözləntisini üstələyərək, $0.16 dollar təşkil edib. Açıqlanan rəqəmlər, “Snap”ın səhmlərinin qiymətinin dəyərini 13% aşağı salıb.