SMS Xəbərdarlıq xidməti banklarda neçəyədir (cədvəl) | Banco.az

SMS Xəbərdarlıq xidməti banklarda neçəyədir (cədvəl)

SMS notification – sms məlumatlandırma xidməti öz sahibinə bank kartı üzrə bütün əməliyyatlar barəsində gecə-gündüz məlumatın alınmasına imkan verir, bunlar arasında: ödənişin həyata keçirilməsi haqda məlumatlandırma, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi haqda məlumat, kartın qüvvədə olma müddətinin başa çatması və digər oxşar halları qeyd etmək olar.

Müxtəlif prosessinq mərkəzləri ilə çalışan banklarda sms məlumatlandırma xidməti üzrə komisyon haqqlar fərqli olur. Məsələn ASB Bankda və Atabankda bu xidmət bütün kartlar üçün tamamı ilə pulsuz, MuğanBankda isə aylıq 3 AZN-dir. Unibankdan da saytımıza verilən məlumata əsasən, hal-hazırda servis pulsuzdur, bankın tariflərində kampaniya olmayan müddətdə servisin aylıq 0.50 AZN, 0.33 USD olduğunu görürük.

Sərfəli tariflərdən birini isə Bank of Baku təklif edir: Əmanət klub kartları, Bolkart kredit kartlarında sms-bankçılıq pulsuzdur. Digər kart sahibləri 5 AZN ödəməklə xidmətdən istifadə edə bilərsiniz. 5 AZN birdəfəlik ödənilən komissiyadır. Kartın aktiv olma müddətində xidmət də aktiv olur. Yəni kartın müddəti bir ildən çox olarsa, onda aylıq xidmət haqqı 40 qəpikdən də az düşür.

AccessBankda isə illik sms bankinq xidmətinin haqqı 5 AZN (aylıq 0,41 AZN) təşkil edir. Visa Gold, Visa Platinum kartlarında və myCard debet kartında ilk 1 ilin sms bankinq xidməti pulsuzdur.

Demək olar ki, bütün banklardan portalımıza bildirdi ki, sms bankinq xidməti yalnız birdəfə (illik ödənniş etdikdə) və ya aylıq olaraq hesabdan silinir, hər sms üçün hesabdan vəsait tutulmur.

Yalnız Kapital Bankda iki seçim mövcuddur: 1) hər bildirişin qiyməti 0.10 AZN; 2) illik xidmət haqqı - 5 AZN. Bu seçim isə yalnız müştəriyə soruşularaq gerçəkləşir.

GünayBankda isə hər sms üçün xidmət haqqı 6 qəpikdir. 

Digər bankların xidmət haqqları ilə ətraflı şəkildə cədvəldə tanış ola bilərsiniz. 

Bankın adı

SMS xəbərdarlıq, aylıq AZN

ASB Bank

0

Atabank

0

Kapital Bank

0,4

Bank of Baku

<0,4

AccessBank

0,4

Unibank

0-0,5

Dəmirbank

0,5

Expressbank

0,5

Bank Respublika

0,99

Yapı Kredi Bank

0,5-1

Paşa Bank

1

Bank Avrasiya

1

Beynəlxalq Bank

1,18

Azər Türk Bank

1,18

AGBank

1,18

Xalq Bank

1,18

Nikoil Bank

1,2

NBC Bank

1,2

Bank Silk Way

1,2

CDB BanK

1,2

Turanbank

1,25

Amrahbank

1,3

AFB Bank

1,5

Rabitəbank

1,7

Bank BTB

2

VTB Bank

2

MuganBank

3

Ziraat Bank

Kart verilmir

Gunay Bank

0, 06 (hər sms üçün)

MuğanBankda – sms məlumatlandırma əməkhaqqı kartı sahibləri üçün tarif – 2 AZN

VTB Bankda sms məlumatlandırma əməkhaqq kartı sahibləri üçün tarif – 1,25 AZN

Nikoil Bankda - VİSA Gold, MasterCard Gold ələd edən müştərilərə SMS notification , Visa Platinum kartlarında isə SMS notification və Mobile Bank xidməti pulsuz təklif olunur.

Beynəlxalq Bankda - sms məlumatlandırma fərdi və əmək haqqı kartlarında aylıq ödəniş 1.18 AZN, təqaüd kartlarında isə aylıq ödəniş 0.10 AZN təşkil edir.

Yapı Kredi Bank - Worldcard üçün SMS bildiriş xidmətinin iki növü mövcuddur:  Sadə və Standart. Sadə SMS paketinə qoşulduqda ölkə xaricində və internet üzərindən edilən əməliyyatlar və balans haqqında məlumat göndərilir. Xidmətin aylıq ödənişi 0.50 AZN təşkil edir. Standart SMS paketinə qoşulduqda isə kartınızdan edilən bütün əməliyyatlar və balans haqqında məlumat göndərilir. Xidmətin aylıq ödənişi 1 AZN təşkil edir. PulKartda isə SMS xəbərdarlıq xidməti, təəssüf ki, mövcud deyil. Yalnız internet üzərindən alış-veriş etdiyiniz zaman SMS bildiriş avtomatik göndərilir. Xidmət ödənişsizdir.

Könül Soltanova, Banco.az