SMS icazə sistemində limit qoyulub | Banco.az

SMS icazə sistemində limit qoyulub

Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.

Bunu açıqlamasında ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.

Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et