Smartfonlar öz populyarlığını itirməyə başlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Smartfonlar öz populyarlığını itirməyə başlayıb

Son dövrlər mobil telefonlar həyatımızın ayrılmaz hissəsinə çevriliblər. Belə olduqda smartfon tipli ağıllı telefonlara olan tələb olduqca artıb. Son dövrlərin araşdırması göstərir ki, 2017-ci ildə interneti olmayan adi telefonlara olan tələbat artıb. Belə ki, 2017-ci ildə internetsiz adi telefonlara olan tələb 5% artıb. Bu haqda məlumat Sky News xəbər agentliyinə aiddir. Bu göstərici son illərin ən yüksək göstəricisi hesab olunur. Bunun əksinə smartfonlara olan tələb sadəcə 2% artıb.

Araşdırmalar göstərir ki, 78% britaniyalı gündəlik həyatının 2 saat 28 dəqiqəsini internetdə keçirir. Bu göstərici cavan nəsil arasında 3 saat 14 dəqiqə təşkil edir.

Nəcibə Yusifova, Banco.az