Smartfon vasitəsilə bədən tempraturunu ölçən proqram hazırlanıb | Banco.az

Smartfon vasitəsilə bədən tempraturunu ölçən proqram hazırlanıb

Müəllif - Aida İsaq, Banco.az

Vaşinqton universitetinin alimləri Android smartfonundan bədən istiliyini ölçmək üçün termometr kimi istifadə etməyə imkan verən “FeverPhone” proqramını yaradıb. 

Banco.az xəbər verir ki, proqram smartfonlarda əvvəlcə batareyanın, prosessorun və cihazın digər komponentlərinin temperaturunu izləmək üçün nəzərdə tutulmuş temperatur sensorlarından istifadə edir. Alimlərin sözlərinə görə, bu sensorlar ekranla təmasda olan dərinin istilik ötürülməsini də qeydə almağa qadirdir.

Temperaturu ölçmək üçün istifadəçi proqramı işə salmalı və telefonun ekranını 90 saniyəyə alnına qoymalıdır. Tədqiqatçılar eksperimenti 37 xəstə üzərində aparıb. Nəticələr adi termometrin göstəriciləri ilə müqayisə edilib. “FeverPhone”nin kifayət qədər yüksək ölçmə dəqiqliyinə malik olduğu məlum olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et