Smartfon istifadəsinin təhlükəli təsiri: "Smartphone pinky" nədir? | Banco.az

Smartfon istifadəsinin təhlükəli təsiri: "Smartphone pinky" nədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün smartfonlar həyatımızın ayrılmaz bir hissəsidir. Bəzi məlumatlara görə, dünyada milyonlarla insan gündə ən azı beş saat mobil telefondan istifadə edir. Təbii ki, bu texnoloji məhsulların həyatımızı xeyli asanlaşdırdığı danılmaz faktdır.

Bununla belə, smartfonlar xüsusilə əllərdə bəzi fiziki sağlamlıq problemlərinə də səbəb ola bilir.  Bunlardan biri də “smartphone pinky”dir. “Smartphone pinky” mobil telefonların istifadəsi səbəbiylə çeçələ barmaqda meydana gələn ortopedik bir vəziyyətdir. Bu, kiçik barmaqda görülən çökmə, deformasiya, ağrı və çəhrayı rəngli şişlik kimi əlamətlərlə xarakterizə olunur.

Demək olar ki, hər birimiz smartfonlarımızı bir əllə və müəyyən bir şəkildə tutaraq istifadə edirik. Bu istifadə üsulu ilə baş barmağımız ekrana toxunmaqla, kiçik barmağımız isə telefonu dəstəkləməklə məşğul olur.

Bu səbəblə də mobil telefonlar uzun müddət kiçik barmaqda ağırlıq yaradır. Belə ki, telefonun alt kənarı kiçik barmağımızın eyni nöqtəsinə daimi təzyiq edir. Bu, dəridə və həmin nahiyədə dəri altında olan yumşaq toxumalarda çökməyə səbəb olur. 

Ən sərfəli kredit üçün müraciət et

Bəzi mütəxəssislərin fikrincə, mobil telefonları kiçik barmağınızla dəstəkləmək barmaqdakı sinirlərin sıxılmasına səbəb ola bilər. Bu hal daha çox böyük və ağır mobil telefonlardan istifadə edən insanlarda daha çox müşahidə olunur. Onu da qeyd edək ki, bir çox mütəxəssis bunun qalıcı bir hal olmadığını düşünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et