Smartfon istehsalçısı "Xiaomi"nin elektrik avtomobili bu tarixdə hazır olacaq | Banco.az

Smartfon istehsalçısı "Xiaomi"nin elektrik avtomobili bu tarixdə hazır olacaq

Tamara Mustafayeva, Banco.az

Mart ayında avtomobil istehsalına başlayacağını açıqlayan Çinin smartfon istehsalçısı "Xiaomi" şirkəti bu planın reallaşdırılacağı dəqiq tarixi açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Xiaomi" şirkətinin CEO-su Lei Jun 2024-cü ilin ilk yarısında öz avtomobillərinin silsilə istehsalına başlayacaqlarını bildirib.

Elektrik avtomobili istehsalı üçün kadr axtarışını sürətləndirən şirkətin növbəti 10 ildə 10 milyard dollar investisiya yatırmağı planladığı bu sektora tək başına, yoxsa hər hansı bir avtomobil istehsalçısı ilə şərikli daxil olacağına dair hazırda dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Lei Jun elektromobil departamentinin də CEO vəzifəsini icra edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et