Müəllif:Mehin Qasımova/Banco.az
Çinli smartfon istehsalçısı Xiaomi, çoxdan gözlənilən SU7 adlı elektrik avtomobilini təqdim edib.
Banco.az xəbər verir ki, Xiaomi dünyanın ən böyük beş avtomobil istehsalçısından biri olmağı hədəflədiyini açıqlayıb.
Avtomobil haqqında danışan Xiaomi CEO-su Lei Jun qeyd edib ki, növbəti 15-20 il ərzində dünyanın ən yaxşı 5 avtomobil istehsalçısından biri olacağıq və Çinin ümumi avtomobil sənayesini yüksəltməyə çalışacağıq:
"Avtonom idarəetmə xüsusiyyətinə malik avtomobil 800 voltluq sistemlə təchiz edilmişdir. 3K ekran həllinə sahib olan SU7, ön şüşəyə proyeksiya edilə bilən 56 düymlük baş üstü ekrana malikdir. Arxa oturacaqlarda sərnişinlər üçün 2 ədəd Xiaomi Pads var. Avtomobillə inteqrasiya olunmuş bu planşetlər arxa oturacaqlarda oturan sərnişinlərin uzun məsafələrdə əylənməsinə kömək edir. Bu planşetlərdə Snapdragon 8295 prosessorunun istifadə edildiyini də qeyd etməliyik.Xiaomi SU7-nin xüsusiyyətləri haqqında təfərrüatlara baxdığımızda 20 düymlük alüminium lehimli disklər, parlaq sarı Brembo əyləc kaliperləri və çərçivəsiz yan güzgülər diqqəti cəlb edir".
Təqdimatda verilən məlumata görə, avtomobil 871V gərginliyə və 77,8 faiz həcm səmərəliliyinə malik 800V silisium karbid yüksək gərginlikli CTB inteqrasiya olunmuş akkumulyatora malikdir. Enerji istehsal edən 150 kVt-saatlıq versiya 1200 kilometr, 132 kVt/saat güc istehsal edən versiya isə 1000 kilometr məsafə qət edəcək.
Təqdimatda SU7 və onun rəqiblərinin soyuq havalarda akkumulyator göstəriciləri də müqayisə edilib. Xiaomi SU7 18 kVt gücü ilə diqqəti cəlb edərkən, onun ən yaxın rəqibi Tesla Model 3 Performance 11 kVt gücü ilə rəqibini izləyir. Avtomobilin bir neçə aydan sonra satışa çıxacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!