İlk sırada eyni anda iki istehsalçı var.
Marketinq araşdırma agentliyi olan Visual Captalist-in mütəxəssisləri bu ilin ikinci rübündə smartfon bazarında ən yaxşı şirkətlərin reytinqini hazırlayıblar. Tədqiqatın nəticələrinə görə, iki şirkət bir anda birinci yeri tutmağı bacarıb.
Bu şirkətlər Cənubi Koreyaya məxsus Samsung və Çinin Huawei kompaniyalarıdır.
Hər iki istehsalçının bazar payı 20 faizə bərabərdir. Amerikanın Apple şirkəti də öz növbəsində 14% payla üçüncü yerdə qərarlaşıb. Onun ardınca Çin istehsalçısı Xiaomi gəlir, 10%. Oppo 9%, Vivo 8% Lenovo isə 3% bazar payına sahibdir.
Visual Captalist nümayəndələri Çinin smartfon istehsalçısının bütün smartfon bazarının 50%-dən çoxunu zəbt etdiyinə diqqət çəkib.
ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!