Smartfon bazarı özünün pik həddində | Banco.az

Smartfon bazarı özünün pik həddində

GfK tərəfindən iyulun 25-də açıqlanan, cari ilin ikinci rübünün satış rəqəmləri göstərir ki, dünya üzərində smartfonlara tələb özünün ən yüksək həddinə çatıb. Qlobal bazarda 347 milyon ədəd smartfon satışı olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% daha yüksəkdir.

İkinci rüb üzrə göstəricilər hələ heç zaman belə yüksək olmayıb. İnfoqrafikaya əsasən, satışlardakı yüksəlmə əsasən inkişaf etməkdə olan Asiya ölkələrində əldə edilmiş qazanclar tərəfindən stimullaşıb.

Ikinci rübdə "İnkişaf edən Asiya" (Emerging Asia) regionunda 13% artımla, satış həcmi 56,7 milyon ədədə çatıb, Mərkəzi və Şərqi Avropa isə 11%-lik satış artımı ilə ikinci pillədə olub. Çin, cüzi satış artımı nümayiş etdirsə də -  0,4%, yenə ən böyük vahid bazar olaraq qalır. Burada satılan smartfon həcmi – 110,1 milyon Şimali Amerika, Qərbi Avropa və Latın Amerikanın birlikdə göstəricilərini qabaqlayır.

Ən sərfəli kredit üçün müraciət et

İnkişaf edən Asiya regionu həm də satışın dollarla ifadə olunan dəyərində də ən böyük artım payına malikdir. Artım 30% olaraq, $10,3 milyard dollara çatıb. Qərbi Avropada satəş gəlirlərinin 1%, Orta Şərq və Afrikada isə 7% azalmasına baxamayaraq, qlobal smartfon satış gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9% artıb və $109.2 milyard dollara çatıv. Dünya üzrə satılan smart telefonların sayı da 4% artaraq, 346.9 milyona çatıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et