Sәlahiyyәtlәri alınan bankların bazar payı nə qədər olub? | Banco.az

Sәlahiyyәtlәri alınan bankların bazar payı nə qədər olub?

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub.  Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

İqtisadçı ekspert Samir Əliyev qərarı Facebook hesabında şərh edən zaman bildirib ki, adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər:

“Birlikdə 4 bankın bazar payı 5%-ə yaxındır. Bu bankların aktivlərinin həcminə görə heç ilk 10-luqda olmayıblar. Ən yüksək paya Atabank (1,4%), ən aşağı paya Amrahbank (0,6%)malik olub. 2019-cu ildə Atabank-ı saymasaq AGBank aktivlərinin həcminə görə 15-ci yerdə olub. ATAbank-da aktivlərinin həcmi  2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla 13-cü yerdə olub.

Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Yenə də ən böyük paya (2,6%) ATAbank,  ən az paya Amrahbank (0,79%) olub. Kredit bazarında da ilk 10-luqda olmayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et