Çoxumuz hesab edirik ki, planetimiz tamamilə araşdırılıb və dünya xəritəsində artıq qara nöqtə yoxdur. Böyük coğrafi kəşflər əsri artıq geridə qalıb və insanlar öz diqqətini kosmosa yönəldib kainatın sirlərini öyrənməyə çalışırlar. Lakin yer kürəsində elə yerlər var ki, insan nəzərindən gizlədilib. Belə yerlər haqqında ancaq qulaqdan-qulağa yayılan xəbərlər sayəsində məlumat ala bilirik.
Sizə dünyanın ən gizli məkanlarını təqdim edirik:
Metro 2. Əvvəlcə qeyd edək ki, bu yerin varlığı hələ sübut edilməyib. Böyük ehtimal var ki, Moskva metrosu ilə paralel başqa tunellər də var ki, bunların vasitəsilə Kremldən Federal Təhlükəsizlik Xidmətinə və ya Rusiya paytaxtının digər vacib müəssisələrinə getmək olar. Tikili Stalinin əmri ilə hazırlansa da, SSRİ-nin son dövrlərində bu barədə məlumat yayılmağa başlayıb.
39 nömrəli otaq da varlığı sübut olunmayan yerlərdəndir. Bu otaq Şimali Koreyada hökumət binasında yerləşir. Ümumiyyətlə, Koreya Xalq Demokratik Respublikası haqqında nəyisə dəqiq demək çətindir. Çünki xarici vətəndaşlar üçün ölkəyə giriş bu gün də demək olar ki, mümkün deyil. Lakin otağın varlığı koreyalıların özləri üçün də müəmmalıdır. Deyilənə görə, bu otaqda saxta dollarlar hazırlanır, yeni növ silahlar sınaqdan keçirilir, hətta insanlar üzərində müxtəlif təcrübələr də aparılır.
Mejqorya. Söhbət Başqırdıstanda yerləşən və bağlı şəhərlər sinfinə daxil olan yerdən gedir. Ehtimal var ki, burada raketlərin havaya buraxılması üçün komanda məntəqəsi, saysız-hesabsız xəzinələr və həyat üçün vacib olan hər şey mövcuddur.
Şimali Sentinel adası. Bu ada haqqında çoxumuz eşitməmişik. Bura ilk insanların yaşadığı tək-tük yerlərdəndir. Ada rəsmi olaraq Hindistanın nəzarətindədir. Ada sakinlərinin faktiki sayı barədə məlumat yoxdur. Araşdırmaçılar onların 50-400 arası olduğunu deyirlər. Aborigenlər adaya istənilən müdaxiləni çox aqressiv qarşılayırlar, yaxınlaşan gəmiləri ox atəşinə tuturlar. Güman edilir ki, sentinellilər yığıcılıqla məşğuldurlar.
Vatikanın arxivi. Heç kim bilmir ki, Vatikanın sirli arxivində nələr saxlanılır. Uzun əsrlər boyu oraya giriş qadağan olub. Yalnız 1981-ci ildən etibarən bəzi adamlar ora xüsusi giriş haqqı əldə ediblər. Hesab edilir ki, burada bütün mövzulara aid sənədlər var. Təsəvvür edin ki, səhifələrlə dolu olan rəflərin uzunluğu 83 kilometrdən çoxdur.
Raf Menvit Xill. İngiltərədə kral hərbi hava qüvvələrinə məxsus hərbi stansiya birləşmiş krallıqla ABŞ arasında rabitə və kəşfiyyat dəstəyini həyata keçirir. Elektrostansiya əvvəllər Sovet İttifaqından məlumatı toplamaq üçün istifadə olunurdu. İttifaq dağılsa da stansiya o vaxtdan bəri daha da inkişaf edib. Qeyd edək ki, onun idarəsini həm də ABŞ həyata keçirir.
51-ci zona. Yüzlərlə kitabda, filmdə, oyunda adı çəkilən bu məkan yəqin ki, məxfilik simvoludur. Orda baş verənlər haqqında heç kim heç vaxt heç nə öyrənə bilmir. Ən çox yayılmış versiya odur ki, burada “UNO”lar və yadplanetlilər öyrənilir, yeni növ aparatlar və uçuş silahları sınaqdan keçirilir.
Ted.az