Sizə satılan mal yararsız və ya xarabdırsa nə etməlisiniz? | Banco.az

Sizə satılan mal yararsız və ya xarabdırsa nə etməlisiniz?

Sizə qüsurlu mal satılıbsa (iş görülübsə və s.) nə etməlisiz?

Bu barədə vəkil Rəna Məmmədova açıqlama verərək  bildirib ki, hər hansı bir əşyanı alarkən bağladığınız müqavilə  və ya digər qaydada müəyyən olunan zəmanət müddəti ərzində əşyada qüsur, kənarlaşmalar, çatışmazlıqlar və ya saxtalaşdırma aşkar edilərsə əşyanın satıcısından və ya istehsalçıdan-əşyanın lazımı keyfiyyətli mala dəyişdirilməsi, əşyada olan qüsurların məsuliyyət daşıyan şəxsin hesabına və ya onun tərəfindən aradan qaldırılması, eləcə qüsuru aradan qaldırmaq üçün özünüzün çəkdiyiniz xərcin həmin şəxslər tərəfindən ödənilməsi,  qüsurlu malın həmin mala uyğun digər modelli (markalı və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz olunması, müqaviləni ləğv etmək və s. hüquqlara maliksiniz.

Sizə qüsurlu mal satmış satıcı (və ya işləri qüsurlu görmüş icraçı) lazımi keyfiyyəti olmayan malı geri götürməyə və yuxarıda sadalanan hüquqlarınızdan irəli gələn tələblərdən birini yerinə yetirməyə borcludur.

İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.

Əgər satılan keyfiyyətsiz ərzaqdırsa və bu həmin ərzağın yararlılıq müddətində  ərzində ortaya çıxırsa bu zaman satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya ona görə ödədiyiniz pulu geri qaytarmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etdiklərim məlumat xarakerli olmaqla istehlakçıların hüquqlarının qorunması qanunvericilikdə daha geniş təsbit olunmuşdur.

Bir məsələni də nəzərə almaq lazımdır ki, qüsurlu mala (iş, xidmət) görə tələblərə qəbz, mal və ya kassa çeki, müqavilə, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.

fins.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et