Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreya Mərkəzi Bankı siyasi xaosdan sonra bir sıra addımlar atılacağını bildirib.
Banco.az xəbər verir ki, Koreya Bankı siyasi xaosdan sonra qısamüddətli likvidliyi artıracağını və lazım gəldikdə valyuta bazarını sabitləşdirmək üçün tədbirlər həyata keçirəcəyini açıqlayıb.
Koreya Bankı (BOK) çərşənbə günü Cənubi Koreya prezidenti Yun Suk Yeolun gecə yarısı gözlənilməz hərbi vəziyyət elanını ləğv etməsindən sonra tədbirlər görəcəyini elan edib.
Sözügedən elan İdarə Heyətinin fövqəladə iclasından qısa müddət sonra verilib. İclasdan sonra yayımlanan bəyanatda mərkəzi bank ehtiyac yaranarsa, bazara vəsait yeritmək üçün xüsusi kreditlər də ayıracağını bildirib.
Yerli “Yonhap” agentliyi məlumat yayıb ki, Cənubi Koreyanın maliyyə tənzimləyicisi fond bazarının sabitləşdirilməsi fonduna 10 trilyon von (7,07 milyard dollar) ayırmağa hazırdır.
Bizi sosial şəbəkələrdən izləyin!!