Siyasi və iqtisadi risklər yenidən artır | Banco.az

Siyasi və iqtisadi risklər yenidən artır

İngiltərə höküməti Brüssel ilə Breksit prosesi fonunda yeni planı müzakirə etməyi planlaşdırır və siyasi və iqtisadi risklər yenidən artır.

Dünya valyuta birjalarında Avropa Birliyi ilə İngiltərə arasında Breksitin B planı fonunda qeyri-müəyyənliyin artması, avro və funtun qiymətlərində son günlər müşahidə edilən artım dalğasının zəifləməsinə səbəb olub

Texniki təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14$-ın üzərində qaldıqca, 1.15$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. GBP/USD məzənnəsində də bahalaşma proqnozları güclü olaraq qalır. Belə ki, məzənnə 1.32$-ı yuxarı istiqamətdə qırarsa, 1.33$-a kimi də bahalaşa bilər.

Ən sərfəli kredit üçün müraciət et

Digər önəmli hadisə isə enerji bazarlarında neft qiymətlərinin bahalaşmasıdır. Avropanın Brent markalı neftinin bir barel qiyməti 62.30$-ı da yuxarı istiqamətdə qırarsa, 64.46$-a kimi də dəyər qazana bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et