"Siyasətimiz İranın neft satışlarını sıfıra endirməkdir" | Banco.az

"Siyasətimiz İranın neft satışlarını sıfıra endirməkdir"

ABŞ Xarici İşlər Nazirliyinin spikeri Morgan Ortagus, İrana tətbiq olunan sanksiyalardan heç bir ölkənin azad edilməyəcəyini və siyasətlərinin İran neft satışını "sıfıra endirmək" olduğunu söyləyib.

Morgan Ortagus, nazirlikdə təşkil edilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

ABŞ-ın tətbiq etdiyi sanksiyalar daxilində İrandan neft alan Hindistan və ya Çin kimi ölkələrə azadolma tətbiq edilib tətbiq etməyəcəyi barədə suala cavab verən Ortagus deyib:

Ən sərfəli kredit üçün müraciət et

"Prezident Donald Tramp və Xarici işlər Naziri Mike Pompeonun siyasəti İranın neft satışlarını sıfıra endirməkdir. Bu mövzuda da hər hansı bir azadolma söz mövzusu deyil. Bir il əvvəl bir çox adam, təktərəfli sanksiyaların işə yaramayacağını söyləmişdi, lakin yaradı. Bir çox adam, dünyanın ABŞ-ın bu sanksiyalarına əməl etməyəcəyini söyləmişdi, lakin etdilər. Bu mövzuda ən aqressif Avropa şirkətləri və bankları belə İrandan çıxdılar və sanksiyalarımıza əməl etdilər. İrana tətbiq etdiyimiz sanksiyalara əməl edilməsini bu rəhbərliyin ən böyük müvəffəqiyyətlərindən biri olaraq görürük".

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et