Şirkətlərin üçdə ikisi kadr çatışmazlığından əziyyət çəkir | Banco.az

Şirkətlərin üçdə ikisi kadr çatışmazlığından əziyyət çəkir

Tamara Mustafayeva, Banco.az

Başda ABŞ və İngiltərə olmaqla bir çox ölkədə rekord sayda vakant iş yeri olsa da, şirkətlər özlərinə uyğun kadr tapmaqda çətinlik çəkdiklərini bildirirlər.

Banco.az xarici mətbuata istinadla bildirir ki, əmək bazarı üzrə konsaltinq fəaliyyəti ilə məşğul olan "Manpower" şirkəti tərəfindən 43 ölkədə təqribən 45 min işəgötürənin iştirakı ilə keçirilən anket sorğusuna əsasən, işəgötürənlərin 69%-nin vakant yerləri doldurmaqda çətinliklə üzləşdiyi məlum olub.

Anketin əhatə etdiyi ölkələrdəki müəssisələr ilin sonu üçün ötən ilin eyni dövrü ilə müqayisədə daha yaxşı məşğulluq səviyyəsi proqnozlaşdırır. 

İştirakçıların təqribən 40%-i şirkətə səriştəli işçilərin qazandırılması və onları burada saxlamağa nail olmaq üçün təlim və seminarlar təşkil etdiklərini bildirib. Oxşar nisbətdə digər işəgötürənlər sözügedən məqsədə çatmaq üçün çevik iş qrafiki tətbiq etdiklərini, təqribən 1/3-i isə əmək haqqının artırılması üsuluna müraciət etdiklərini söyləyib. Digərləri isə işçilərə əmək haqqından əlavə bonusların verildiyini, həmçinin məzuniyyət müddətini uzatdıqlarını dilə gətiriblər. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sadalanan üsullar sektorlar üzrə dəyişir. Belə ki, maliyyə sektorunda fəaliyyət göstərən şirkətlər əsasən təlim və seminarlara, həmçinin çevik iş mühitinin yaradılmasına, istehsal sektoru isə daha çox əmək haqqının artırılması və çevik iş qrafikinə üstünlük verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et