Şirkətlərin hansı xərcləri vardır, onlar başa-baş nöqtəsinə necə təsir edir? | Banco.az

Şirkətlərin hansı xərcləri vardır, onlar başa-baş nöqtəsinə necə təsir edir?

Başa-baş nöqtəsi analizi xərclərlə gəlirlərin qarşılıqlı əlaqəsinin nəticəsidir. Bəzi xərclər varki onlar gəlirlər artdıqca artır, bəziləri isə dəyişmir. Bunları dəqiq bilmək vacibdir.

Dəyişkən Xərclər

Dəyişkən xərclər satışlar artdıqca artan, satışlar azaldıqca azalan xərclərdir.

Aşağıda göstərilən xərclər Yağ Dəyişmə LTD-nin dəyişən xərcləridir.  Göstərilən xərclərin hərbiri  avtomobilə yaxud yağ dəyişmə xidmətinə görə dəyişən xərclərdir:

Mator Yağı

 5 AZN

Yağ filtiri

3 AZN

Gris

0,50 AZN

Təchizat, sursat

0,20 AZN

Təmizlik materialı

0,30 AZN

Toplam dəyişkən xərc

9 AZN

Yağ dəyişən LTD də digər xərclərin (Kirayə, istilik və.s)  xidmət artdıqca dəyişməyən xərclərdir.  Yəni əgər iki avtomobil yağ dəyişirsə 18 AZN, 10 avtomobil dəyişirsə 90 AZN,və ya 100 avtomobil dəyişirsə 900 AZN-dir Və.s

Sabit Xərclər

Yağ Dəyişmə LTD-də aşağıdakı göstərilən xərclər dəyişməyərək sabit olaraq qalır. Sabit Xərclər satışlar artdıqca artmır, eyni zamanda satışlar azaldıqca da azalmır. Başqa bir sözlə, kirayə xərcləri kimi bəzi xərclər satışın həcmindən asılı olmayaraq dəyişmir.

Əmək haqqı xərcləri

1 200 AZN
Kirayə xərcləri

 700 AZN

Amortizasiya xərcləri

500 AZN

 Toplam dəyişməyən xərclər

 2 400 AZN

Ən sərfəli kredit üçün müraciət et

Qarışıq Xərclər

Bəzi xərclərin bir hissəsi dəyişən bir hissəsi isə sabitdir. Əsasən bunlar qarışıq və ya yarı-dəyişən xərclər adlanır. Dəyişən xərclər iki hissəyə ayrılır. Bunların içində dəyişən xərclər hissəsi dəyişən xərclərin içində,  dəyişməyən hissəsi isə sabit xərclərin içində qeyd edilməlidir.

Mənbə: Nəriman Abbasov

Ən sərfəli krediti almaq üçün müraciət et