Şirkətlərin böhran kommunikasiyaları varmı? | Banco.az

Şirkətlərin böhran kommunikasiyaları varmı?

Şirkətlər öz böhran kommunikasiyalarını böhran baş verməzdən əvvəl yaratmalıdırlar. Bu məsələnin vacibliyi “Excelsior  Hotel & Spa Baku” otelinin dəstəyi,  “Baku School of PR” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı  ilə PR mütəxəssislər  üçün  “Böhrandan əvvəl PR və Kommunikasiya”  mövzusunda növbəti təlimdə müzakirə olunub. Təlim ABŞ-ın nüfuzlu University of Marylandın məzunu, “PreMark” PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılıb. 

Tədbirdə bildirilib ki, ölkədə ictimaiyyətlə əlaqələr sahəsinin inkişafı istiqamətində öz töhvəsini verəcək belə təlimlərin mütamadi olaraq keçirilməsi və bu  təlimlərə beynəlxalq PR təşkilatlarından da mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), AtaHolding, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, “Bakı Meropoliteni” QSC, Mərkəzi Bank, Azərbaycan İqtisad Universiteti, “UniBank”, Veysəloğlu, “BEST Solution”, “HED Academy” və digər dövlət və kommersiya təşkilatların İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər. 

Ən sərfəli krediti almaq üçün müraciət et