Şirkətlər üçün dəyişmə və yenilənmənin 5 mərhələsi | Banco.az

Şirkətlər üçün dəyişmə və yenilənmənin 5 mərhələsi

Dünyada fərqli tendensiyaların olması hər kəsi yenilik və dəyişməyə sövq edir. Bazarda nə baş verir və sektorlar necə dəyişir? Bu dəyişmə və yeniləşmənin 5 mərhələsini təqdim edirik. 

Proses 5 mərhələdən ibarətdir: Problem; Fikir; Tədqiqat və inkişaf; Həll; Əlavə dəyər.

Birinci mərhələ - problem sahəsini təsbit etdiyimiz mərhələdir. Firma hansı mövzularda eyniləşməyə başlayib və rəqabətdə geriyə doğru gedir kimi problem varsa, təsbit edilən həmin sahəyə innovasiya prosesi başlanılır.

İkinci mərhələ - təyin olunan innovasiyaya ehtiyacı olan sahəyə istiqamətli olaraq innovativ fikirlərin inkişaf mərhələsidir. Bu mərhələdə dünyadan bənzər və ya zidd nümunələr alınaraq çox sayda yenilikçi fikir istehsal edilməlidir.

Üçüncü mərhələ - təklif edilən fikirlər arasından ən yaxşısı seçilir.

Dördüncü mərhələ - artıq güclü fikirlərin məhsul və ya xidmətə çevriləcəyi bir mərhələdir. İstehsal prosesi də deyə biləcəyimiz bu mərhələ bazara çıxmadan məhsul üzərində hər cür hazırlıqların edildiyi bir mərhələni ifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Beşinci və son mərhələ - artıq məhsul və ya xidmət bazara daxil olmuşdur. Bu mərhələdən sonra məhsul bazarda rəqabət oyununun içindədir.

İyirmi il əvvəl bazarda hər şey çox sadə idi. Daha sonra çeşid artdı və xaos yarandı. Və bu xaos nə gətirir;

  • Eyniləşmək
  • Yüksək rəqabət
  • İxtisaslı işsizlik
  • "0" Mənfəət

Həll nədir? İnnovasiya və davamlı məhsuldarlıq

Əslində innovasiya hər kəsin etdiyi işlə əlaqədar "Mən bu işi necə daha fərqli necə edə bilərəm?" deyə hər gün 15 dəqiqə düşünməsidir. Həm şəxsi, həm də iş həyatı üçün faydalı olan bu düşüncə bir müddət sonra hər şeyə yenilikçi baxmanızı təmin edəcək.

Pərvanə Aslanova, Banco.az