Şirkətin böyük ixtisar addımı | Banco.az

Şirkətin böyük ixtisar addımı

“Sony” şirkəti problemli mobil biznes bölməsinin yenidən təşkili prosesini davam etdirərək, bu dəfə iş yerlərini ixtisar etmǝk qərarına gəlib.

“Sony Mobile” bölməsinin İsveç nümayəndəliyində çalışan 400 nəfər işdən çıxarılıb. Belǝliklǝ, yerli ofisin əməkdaşlarının sayı iki dəfə azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiya istehsalçısı nümayəndəlikdə ixtisarların aparılmasını təsdiq edərək bildirib ki, bu qǝrar 2015-ci ilin fevralında elan olunan kadr islahatlarının tərkib hissəsidir.

Qeyd edǝk ki, “Sony” martın 31-də başa çatan 2014-2015-ci maliyyə ilini 1 milyard dollarlıq itki ilə başa vurub.