Şirkətə ideal adı necə seçməli | Banco.az

Şirkətə ideal adı necə seçməli

Kiçik və böyük biznes sahibləri şirkət qurarmamışdan əvvəl bir neçə vacib mərhələni adlamalı olurlar. Bunlardan biri də kompaniya üçün ad seçilməsidir.

Doğru ad seçimi şirkətinizi ölkəyə dillər əzbəri edə bilər. Ad seçimindəki yanlışlıq isə şirkətinizi uğursuzluğa apara bilər. Seçim o vaxt ideal olur ki, ad, təqdim etdiyiniz məhsul və ya xidmətin dəyərini və unikallığını müştərilərə dolğun və aydın çatdırmış olsun. Yəni şirkətin adını görərkən artıq müştəri bilməlidir ki, siz hansı məhsul və ya xidməti təklif edirsiniz. Onlara qaranlıq qalan məqam olmamalıdır.

Bəzi ekspertlər hesab edirlər ki,abstarkt adlar seçmək daha yaxşıdır. Yəni bu ağ vərəq kimidir, şirkətinizin obrazını bu vərəqdə canlandırmaq insanların öz öhdəsinə düşür. Digərlərinə görə isə, informativlik daha üstündür. Yəni müştərilər adı oxuyan kimi sizin biznesinizin nədən ibarət olduğunu bilməlidirlər. Bəziləri inanırlar ki, uydurma sözlərdən düzələn adlar daha yaddaqalan və cəlbedici olur. Digərləri isə bunun əksini fikirləşirlər. Lakin araşdırmalar göstərib ki, uydurma sözlərdən formalaşdırılan adlar şirkətə real adlardan 13% daha çox uğur gətirir.

Müəsissənizə ad seçməzdən əvvəl müvafiq sahənin ekspertləri ilə məsləhətləşməniz vacibdir. Bu məsələdə xəsislik yolverilməzdir. Çünki, seçilmiş uğurlu ad şirkətinizin uzunömürlülüyünün ən öndə gələn səbəblərindəndir. Bəzən professionallar hətta ad seçimində etdikləri köməyə görə 80 000 $-a qədər məvacib istəyir. Paketə adətən digər xidmətlər də: dizayn və qrafika işləri də daxil olunur. Düzdür, siz bu xidməti 5 $-a təklif edən şirkətlərə də müraciət edə bilərsiniz. Amma bu mərhələdə sanballı məbləğ sərf etmək, şirkətinizin gələcək fəaliyyətinin uzunömürlü olması üçün daha faydalıdır.

Dünyanın ən məhşur, söz sahibi şirkətlərinin əksəriyyətinin adlarındakı hərflərin sayı 5-10 –dur, və onların demək olar ki, hər biri öz adlarında təkrarlanan hərflərdən istifadə ediblər. Məs: Google, Yahoo, Apple, Exxon və s.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətə ad verərkən aşağıdakıları etməkdən çəkinin:

  • Rəqəmlər və abreviaturalardan istifadə etməyin. Məs: 123 ABC. CO
  • Heç vaxt şirkətinizə coğrafi ad seçməyin. Bu sizin bazar sahənizi məhdudlaşdıra bilər. Məs: Bakıxanov MMC
  • Uzun və qarışıq adlar.

Nəzərdə tutduğunuz adları götür-qoy etdikdən sonra, yerdə qalan 4-5 ad arasında seçim etmək bir az çətin görünə bilər. Lakin dünya təcrübəsinə nəzər yetirsək görərik ki, ad seçimini dəqiqləşdirmək biznesmenlərdən təxminən 6 həftə-6 ay vaxt alır. Yekun analiz zamanı ad seçimi bu iki amillə dəqiqləşdirə biərsiniz:

  • Hansı ad sizin məqsəd və prinsiplərinizi daha yaxşı ifadə edir.
  • Hansı ad beyninizdə qurduğunuz şirkət haqqında daha dəqiq informasiya verir.

Inanırıq ki, verdiyimiz məlumatlar uğurlu ad seçməkdə sizə yardımçı olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et