Şirkətdə “ideya oğruları” ilə necə mübarizə aparmaq olar? | Banco.az

Şirkətdə “ideya oğruları” ilə necə mübarizə aparmaq olar?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“İdeyaların mənimsənilməsi ilə məşğul olan rəhbərlərin motivləri fərqlidir. Bəlkə də, aralarında elələri var ki, bunu bilmədən edirlər”.

Banco.az xəbər verir ki, bu fikirləri idarəetmə üzrə konsultant və təlimçi Şahin Qədimli deyib.

Ekspert bildirib ki, ən vacib amillərdən biri də müəlliflik hüququ şərtsiz gözlənilməsidir:

“Hazırda biznesdə ideyalar, az qala, ən dəyərli resursa çevrilib. Burada söhbət yalnız yeni biznes yaratmağa xidmət edəcək inqilabi ideyalardan getmir. Mövcud işlərin aparılmasında az da olsa, effektivliyi artırmağa, rəqiblərdən fərqlənməyə imkan verən təkliflər də çox dəyərlidir. Ona görə də şirkətdə yenilikçilik ruhunu dəstəkləmək vacibdir. Təkliflərin verilməsi üçün rahat və işlək qayda olmalı, onların dəyərləndirilməsi obyektiv həyata keçirilməlidir və müəlliflər maddi və qeyri-maddi qarşılıqlarını almalıdırlar.

Tez-tez ideya mənimsənilməsi barədə narahatlıqlar yaranır. Maraqlıdır ki, çox zaman bu, pis əmələ rəhbərlər yol verir. Bəzən vəziyyət absurd dərəcəsinə çatır. Toplantı zamanı müzakirə gedir, əməkdaşlar təkliflər verirlər, rəhbər isə onların hamısını rədd edir. Müəyyən vaxt keçəndən sonra həmin rəhbər eyni əməkdaşlar qarşısında onlardan birinin və ya bir neçəsinin verdiyi təklifi öz ideyası kimi səsləndirir. Bəzən bu elə ilkin toplantıda, bəzən isə bir neçə gün və hətta daha uzun müddət keçəndən sonra baş verir”.

Ən sərfəli kredit üçün müraciət et

Şahin Qədimli düşünür ki, əksəriyyət ya öz gözündə, ya da tabe olanların gözündə özünü ən başbilən kimi təqdim etmək üçün bu yanlış davranışa əl atır:

“Bununla əməkdaşların özgüvəni də sanki aşağı salınır. Həm də ideya rəhbərin olduqda əməkdaşlara nə maddi, nə də mənəvi mükafat da düşür. Bu cür idarəetmə tərzinin yanlış və ziyanlı olduğunun yazılması, yəqin ki, artıqdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et