Şirkətdə feedback nə üçün vacibdir? | Banco.az

Şirkətdə feedback nə üçün vacibdir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İş mühitində, effektiv feedback, bir çox istiqamətdən müsbət təsir göstərir. Feedback-in düzgün verilməsi və alınması, biznesin ümumi vəziyyətini və uzunmüddətli inkişafını təmin etmək üçün əhəmiyyət vəd edir.

Banco.az-ın məlumatına görə, bu sahədə araşdırma aparan mentorların fikrincə, Feedback, həm də iş mühitinin sağlam və effektiv olmasına kömək edir. 

Bir sözlə işçilərin özlərini qiymətli hesab etmələri üçün müsbət və mənfi tərəflərin açıq şəkildə müzakirə olunması onların inkişaf etmələrini təmin edir.

Liderlər feedback strategiyasından istifadə etməklə bir çox müsbət irəliləyişə nail ola bilərlər

1. Performansın artırılması: Rəhbərlikdən alınan düzgün və vaxtında feedback, işçilərin güclü və zəif tərəflərini müəyyənləşdirməyə kömək edir.

2. İnkişaf və təkmilləşmə: Feedback, işçilərin peşəkar bacarıqlarını inkişaf etdirmək və yeni biliklər əldə etmək üçün bir yol təqdim edir. Bu, işçilərin öz potensialını daha yaxşı istifadə etməsi deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

3. Motivasiya və insana investisiya: Bu zaman  motivasiya artırılır, bu da işçilərin daha çox səy göstərməsinə və işə bağlılığının artmasına səbəb olur.

4. Problemlərin ertələnməsi: Təxirə salınmış və ya gizli problemlərin aşkar edilməsi və həll edilməsi üçün feedback təmin edir. Bu, münaqişələrin və yanlış anlamaların qarşısını alır.

5. Gözləntilərin aydınlaşdırılması: Feedback, işçilərin və rəhbərlərin gözləntilərini aydınlaşdırmağa kömək edir, beləliklə, hər iki tərəf arasında məmnunluq təmin edilir.

6. Təşkilatın inkişafı: Müştəri və işçi feedback-i təşkilatın məhsul və xidmətlərini inkişaf etdirmək üçün qiymətli məlumat təqdim edir. Bu, müştəri məmnuniyyətini artırır və bazar rəqabətində irəliləməyə kömək edir.

7. Komanda dinamikası: Effektiv feedback, komanda üzvləri arasında əlaqələri gücləndirir, əməkdaşlığı təşviq edir və ümumi iş mühitini yaxşılaşdırır.