Müəllif - Aida İsaq, Banco.az
Sinqapurda ilin sonuna qədər inflyasiya səviyyəsinin azalacağı gözlənilsə də, iqtisadi artım zəif olaraq qalacaq.
Banco.az xəbər verir ki, Sinqapur Valyuta Təşkilatının (MAS) rəhbəri Ravi Menon 2023-cü il üçün əsas inflyasiya gözləntisinin 5,5 faizdən 4,5 faizə endirildiyini bildirib. Onun sözlərinə görə, bu, inflyasiya ilə mübarizənin bitdiyi anlamına gəlmir.
Qeyd edək ki, MAS 2021-ci ilin oktyabrından bəri sərtləşdirmə istiqamətində beş addım atıb. Qurum apreldə keçirdiyi son iclasda isə heç bir dəyişiklik etməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!