Sinqapur pul siyasətini dəyişməyib | Banco.az

Sinqapur pul siyasətini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sinqapurun Valyuta Təşkilatı (MAS) ardıcıl üçüncü iclasında da pul siyasətini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Sinqapur Ehtiyat Bankı (mərkəzi bank) bazar ertəsi günü 2024-cü ilin ilk rüblük pul siyasəti iclasında gözlənildiyi kimi uçot dərəcəsini dəyişməyib.

Sinqapurun Valyuta Təşkilatı Sinqapur dolları nominal effektiv məzənnəsi və ya S$NEER kimi tanınan məzənnə siyasəti diapazonunu saxlayacağını bildirib.

Mərkəzi Bankın bəyanatında deyilir:

“MAS qlobal və daxili iqtisadi irəliləyişləri yaxından izləyəcək və inflyasiya və artım risklərinə qarşı diqqətli olacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram