Müəllif: Tamara Mustafayeva, Banco.az
Sinqapur Mərkəzi Bankı cümə günü keçirilən iclasında pul siyasətini dəyişməyib.
Banco.az xəbər verir ki, Mərkəzi bank Sinqapurda baza inflyasiyasının növbəti bir neçə ay ərzində yüksək qalacağını və ilin ikinci yarısında tədricən azalacağını gözlədiyini bildirib.
Mərkəzi Bankın bəyanatında deyilir ki, Sinqapur dolları üçün nominal effektiv məzənnə siyasəti diapazonu "cari bahalaşma tempini qoruyub saxlayacaq".
İlkin hesablamalara görə, Sinqapurun Ticarət və Sənaye Nazirliyi 2023-cü ilin birinci rübündə ümumi daxili məhsulun (ÜDM) illik müqayisədə 0,1 faiz artdığını qeyd edib.
Xatırladaq ki, ölkə iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,7 faiz kiçilib.
Bizi sosial şəbəkələrdən izləyin!!