Sinqapur Mərkəzi Bankı qızıl ehtiyatlarını 30% artırıb | Banco.az

Sinqapur Mərkəzi Bankı qızıl ehtiyatlarını 30% artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sinqapur Mərkəzi Bankı yanvar ayında qızıl ehtiyatlarını 30% artırıb.

Banco.az xəbər verir ki, Sinqapur Mərkəzi Bankı yanvar ayında qızıl ehtiyatlarını təxminən 30% artıraraq qiymətli metalların saxlanmasında Çindən Türkiyəyə qədər bir çox mərkəzi banklara qoşulub.

Mərkəzi Bankın sözçüsü elektron poçtla göndərilən suallara cavab verib.

O bildirib ki, Sinqapur Valyuta Təşkilatının bir ay əvvəl 4,9 milyon unsiya olan külçə ehtiyatları yanvarın sonunda 6,4 milyon unsiyaya ya da 199 tona yüksəlib.

Sinqapur dileri “BullionStar”ın qiymətli metallar üzrə analitiki Ronan Manli bloq yazısında "Bu, Sinqapurun bu vaxta qədərki ikinci böyük aylıq qızıl alışıdır”, deyə bildirib. Həmçinin əlavə edib ki, ən iri həcmlisi isə 1968-ci ildə Cənubi Afrikadan 100 ton qızıl alarkən qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et