Simpsonların 2025 proqnozları - bu il qlobal iqtisadiyyatda böyük bir sarsıntı baş verəcək | Banco.az

Simpsonların 2025 proqnozları - bu il qlobal iqtisadiyyatda böyük bir sarsıntı baş verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Simpsonların 2025-ci il proqnozları sosial şəbəkələrdə gündəm olub: Qlobal iqtisadiyyatda böyük bir sarsıntı yaşanacaq.

Banco.az xəbər verir ki, dünyanın ən çox izlənilən animasiya seriallarından biri olan “Simpsonlar” keçmişdə bir çox böyük hadisəni illər öncədən proqnozlaşdıraraq diqqətləri öz üzərinə çəkmişdi. İndi isə serialın 2025-ci ilə dair ortaya çıxan proqnozları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Əgər bu proqnozlar gerçək olarsa, dünya miqyasında böyük dəyişikliklər və çətinliklər yaşana bilər.

36 mövsüm boyunca həm əyləncəli bir animasiya, həm də "proqnoz vasitəsi" kimi dəyərləndirilən Simpsonların 2025-ci ilə dair təxminləri ortaya çıxmağa başlayıb.

Animasiyanın seriyalarından birində 2025-ci ilə işarə edən bir günəş fırtınası fəlakətindən bəhs olunur. Bu fırtına nəticəsində bütün elektron cihazların işləməz hala gələcəyi iddia edilir. Alimlər bu cür günəş fırtınalarının təxminən 100 ildən bir baş verən təbii hadisələr olduğunu bildirir. Oxşar bir hadisə 1922-ci ildə dünyaya təsir etmişdi. Əgər bu proqnoz doğru çıxarsa, müasir dünyanın tamamilə dayanma nöqtəsinə gələ biləcəyi müzakirə olunur.

Başqa bir proqnoz isə ekoloji problemlərə diqqət çəkir. Serialda böyük şirkətlərin səbəb olduğu ekoloji fəlakətlərdən qorunmaq üçün nəhəng bir günbəz inşa ediləcəyi göstərilir. Bu günbəz insanların yaşamaq üçün yararsız hala gələn bölgələrdən xilas olmaq məqsədilə istifadə edəcəyi bir sığınacaq kimi təsvir olunur. Bu proqnoz ekoloji fəlakətlər və iqlim dəyişikliyi müzakirələrini yenidən alovlandırıb.

Ən sərfəli kredit üçün müraciət et

“Simpsonlar”ın başqa bir seriyasında ABŞ dollarının tamamilə dəyərdən düşdüyü və insanların virtual valyutalara yönəldiyi göstərilir. Bu təxmin 2025-ci ildə qlobal iqtisadiyyatda böyük bir sarsıntının yaşanma ehtimalını gündəmə gətirir. Xüsusilə kriptovalyutaların yüksəlişi bu senarini daha real hesab etməyə əsas verir. Serialın bu epizodu maliyyə sistemindəki potensial dəyişikliklərə və texnologiyanın iqtisadiyyatda artan roluna işarə edərək sosial mediada geniş müzakirələrə səbəb olub. Ekspertlər belə bir senarinin iqtisadi qeyri-müəyyənliklər fonunda mümkün olduğunu qeyd edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram