Şimali Koreya ilə bağlı təhdidlər investorları sakit limanlara doğru itələyir | Banco.az

Şimali Koreya ilə bağlı təhdidlər investorları sakit limanlara doğru itələyir

ABŞ və Şimali Koreya arasındakı gərginlik investorları sakit liman axtarışlarına sövq edir. Bu haqda The Guardian qəzeti yazır, həmçinin gərginlik İsveçrə frankının yüksəlməsinə və qızılın qiymətinin qalxmasına rəvac verib.  

İsveçrə frankının və qızılın məzənnəsi ABŞ-la Şimali Koreya arasında yaranan münaqişə səbəbindən bahalaşmağa başlayıb. 

Bu tendensiya  "Financial Times"ıayınmayıb. Bahalaşmaya səbəb bu maliyyə aktivlərinin qeyri-sabit dövrlərdə əsas investisiya vasitəsi kimi qəbul edilməsidir.

Qeyd edək ki, bu gün İsveçrə frankının avro ilə müqayisədə məzənnəsi 1,5%, dollarla müqayisədə isə 1,4% artıb. Qızılın məzənnəsi isə 1,43% artım göstərərək 1 280 dollar/unsiyanı ötüb.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un məlumatına əsasən, avqustun 5-də BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyalar paketi qəbul edib. Sanksiyalar paketinin içində ölkənin ixracını əngəlləyən maddələr də yer alıb. Şimali Koreya isə öz növbəsində qərarı "terror aktı" kimi qiymətləndirərək fiziki qisas barədə fikirlər səsləndirib. ABŞ prezidenti Şimali Koreyanın istənilən hədəsinə sərt cavab verəcəyini, Şimali Koreya isə Sakit Okeanda yerləşən Quam adasını raket zərbəsi ilə vura biləcəyini açıqlayıb. 

Ən sərfəli krediti almaq üçün müraciət et