Şimal regionunda kredit qoyuluşları sürətlə artır | Banco.az

Şimal regionunda kredit qoyuluşları sürətlə artır

2014-cü ilin ilk 8 ayı ərzində də regionların kreditləşməsi prosesi davam etmişdir. 01.09.2014 tarixinə regionlar üzrə kredit qoyuluşlarında ötən ayla müqayisədə 3.14%-lik artım baş vermişdir. Belə ki, Bakı istisna olmaqda regionlar üzrə kreditlər 01.08.2014 tarixində 2,70 mlrd manat təşkil etmişdirsə, hazırda bu göstərici 2,79 mlrd manata bərabərdir. Regionlar üzrə kredit qoyuluşlarında ən yüksək artım tempi Quba-Xaçmaz bölgəsində müşahidə olunmuşdur (13.58%). 

Bakı üzrə kredit qoyuluşlarının həcmi 14.5 mlrd manat olmuşdur ki, bu da respublika üzrə ümumi kredit qoyuluşlarının 83.86%-i təşkil edir. 

Regionlar 01.08.2014 (min AZN) 01.09.2014 (min AZN) Artım tempi (%)
Abşeron 546 144.2 552 465.5 1.16%
Aran 946 921.1 975 412.4 3.01%
Dağlıq Şirvan 107 287.1 111 216.1 3.66%
Gəncə-Qazax 359 257.8 376 910.9 4.91%
Quba-Xaçmaz 111 066.6 126 151.4 13.58%
Lənkəran 284 939.1 290 393.8 1.91%
Şəki-Zaqatala 154 426.4 157 107.7 1.74%
Yuxarı Qarabağ 68 016.5 70 707.3 3.96%
Kəlbəcər-Laçın 25 428.8 27 038.8 6.33%
Naxçıvan 104 895.3 106 218.6 1.26%
Bakı 14 325 667 14 515 326.2 1.32%
Cəmi 17 034 050 17 308 948.8 1.61%

 

Ən sərfəli kredit üçün müraciət et