Uğurları və sərvətləri ilə hər gün bizi heyran edən şəxslər, sıradan bir günün daha verimli olması üçün əllərindən gələni edirlər. Təbii ki, onların ən böyük ortaq xususiyyəti həyatlarında müəyyən bir düzəni sağlaya bilmələridir. Gündəlik işlərini heç vaxt təxirə salmırlar, bu gün nə etmək lazımdırsa onu bu gün edirlər, yuxu isə onlar üçün sadəcə vacib olan bir detaldır.
1) Mark Zukerberq (Facebook)
Mark Zukerberq səhər saat 8 oyanmağı vərdiş halına gətirib, oyanandan sonra isə etdiyi ilk il facebooka və dünya gündəminə nəzər yetirmək. Özünün dediyinə görə gündəmin necə olmasından asılı olaraq bu müddət hər dəfəsində dəyişir, amma çox vaxt 1-2 dəqiqədən çox olmur. Növbə isə səhər idmanına gəlir. Həftədə 3 dəfə mütləq idmanla məşğul olduğunu deyən Zukerberq , bunun özünə həm fiziki həm də zehni cəhətdən xeyri olduğunu vurğulayır. Həftənin 60 saatını işləyərək keçirir və yuxu rejimi heç vaxt dəyişmədiyindən, boş zamanlarında ailəsi ilə məşğul olur, kitablar oxuyaraq məlumatlarını daha da artırır.
2) Elon Musk (Tesla, SpaceX)
Gündə ən çoxu 6 saat yatan Musk, saat 7 də oyanaraq işə başlayır. Səhər yeməyinə çox vaxt itirmədiyini, hər gün səhər idmanını etdiyini deyir. Uğurun çox çalışmaqla olduğunun canlı nümunəsi olan Elon Musk günün 10 saatını işə ayırır. Gündə isə mütləq 1-2 kitab oxumalıdır.
3) Riçard Branson (Virgin Group)
Günün ilk işıqları ilə oyana bilmək üçün pərdəsini açıq qoyan Branson adətən 5-də oyandığını deyir. O da günə idmanla məşğul olaraq başlayır və özünün dediyinə görə hər gün fərqli bir idman növünü sınayır. Onun üçün idman şəxsi inkişaf deməkdir. Səhər yeməyi barədə heç nə deməsə də, hər gün vitaminlə zəngin olan qidalarla qidalandığını dəqiq bilirik. Günü ailəsi ilə keçirdiyindən bütün iş boyu xoşbəxt olduğunun xususilə vurğulayır. Yanında həmişə bir qeyd dəftəri var, ağlına gələn ideyaları və başına gələn maraqlı hadisələri ora qeyd etdiyini bildirir.
4) Cek Dorsey (Twitter)
Cek Dorsey də Riçard Branson kimi səhər saat 5-də oyanır, sadəcə tək fərqləri Dorsey pəncərənin pərdələrini qapayaraq işıqsız mühitdə yatmağı xoşlayır. Günün 30 dəqiqəsini səhər idmanına ayıran Dorsey idmandan sonra işə başlayır.
5) Bill Qeyts (Microsoft)
Gündə 7 saat yatan Qeyts, yuxudan durduqda ilk işi qəzet oxumaqdır. Ardından da idmanla məşğul olmağa başlayır və adətən gününün 1 saatını qaçır. Gün içərisində edəcəyi işləri əvvəlcədən planlayan Qeyts işə başlamazdan əvvəl 5 dəqiqəlik fasilə verir. Onun da Riçard kimi yanında qeyd dəftəri mövcuddur. Günün bir hissəsini kitab oxuyaraq keçirən Qeyts digər hissəsini də ailəsi ilə keçirir. Boş qalan vaxtlarda yeni fikirlər üçün özü ilə tək qalmağı çalışır.
6) Ceff Bezos (Amazon)
Mütləq hər gün 8 saat yatmağı vərdiş halına gətirən Bezos, idmanla məşğul olduqdan sonra dünya gündəmini də izləməyi unutmur. Həftənin iki günün isə ancaq işinə sərf edir. Vaxtının qalan hissəsini də yeni yaradıcı işlər görməyə həsr edir.
Deməli ümumiləşdirsək :)
Silikon vadisi qəhrəmanları ən çox 8 saat yatır
Silikon vadisi qəhrəmanları hər səhər mütləq idmanla məşğul olur
Silikon vadisi qəhrəmanları gündəmi izləyir
Silikon vadisi qəhrəmanları hər gün kitab oxuyur
Silikon vadisi qəhrəmanları səhər yeməyini axsatmır
Xəzər Aslanov. Banco.az
Bunu da oxu: 45 əməkdaşı eyni anda işdən ayrılan bir CEO-nun verməli olduğu qərarlar
Bu da maraqlıdır: 12.000 pudding alaraq 1 milyon mil ilə illərcə pulsuz uçan adam: David Philips