Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olan şirkətlər - Yenilənir | Banco.az

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olan şirkətlər - Yenilənir

Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq 4 gündür ki, davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər. Bu şirkətlərinin siyahısı və ianələrin məbləği ilə ətraflı infoqrafikdən tanış ola bilərsiniz.

Bundan əlavə, Kontakt Home səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış hər bir əməkdaşının iş yerlərini və əmək haqlarını tam saxlamaqla bərabər, onların ailə üzvlərinə 500 manat məbləğində birdəfəlik yardım ayırıb.

Yelo Bank döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə də 50 min manat vəsait ayrılır.

İrşad Electronics Qarabağ uğrunda döyüşlərə səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 30 min manat həcmində birdəfəlik maddi yardım ayırıb.

3S Osteosintez şirkəti müəssisənin profilinə uyğun olaraq 13.346 AZN məbləğində tibbi təyinatlı malları təmənnasız olaraq, Müdafiə Nazirliyinə təhvil verib.

RASMAR MMC 10 ədəd generatoru orduya dəstək məqsədilə müvafiq hərbi hissələrə göndərib.

Foriella MMC-nin döyüş bölgəsinə yollanmış hər bir əməkdaşının iş yerlərini və əmək haqlarını tam saxlamaqla bərabər, onların ailə üzvlərinə 500 manat məbləğində birdəfəlik yardım ayırıb.

Referans Medical Group tərkibindəki klinikaların hər birindən ayrı-ayrılıqda həkim briqadaları, tam təchizatlı təcili tibbi yardım maşınları cəbhəboyu bölgədə xidmət göstərirlər.Bundan əlavə, Daşkəsəndə həm ərzaq məhsulları, həm də yaralılar üçün tibbi ləvazimatlar və həkimlərlə dəstək olur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 50 min manat maddi yardım edilib.

Nar Mobile cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib.

Azercell hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 azn köçürüb.

Cəbhə bölgəsindəki əsgərlərimizə dəstək olmaq naminə METAK şirkəti Milli Ordumuz üçün 20 ton alma göndərib.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları tərəfindən fonda könüllü olaraq qida, geyim və digər vacib ləvazimatlar ilə yardım göstərilib.

Embawood şirkəti könüllülər və çağırışçılar sırasında olan 35 əməkdaşının ailələrinə birdəfəlik 500 manat vəsait və ərzaq yardımı edib.

Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar tərəfindən 680900 AZN məbləğində pul vəsaiti Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edildi.

Azecolab Company tərəfindən orduya dəstəyin ardı olaraq artıq 3 dəfə cəbhə bölgəsinə geyim, qida və digər dəstək vasitələri göndərilib.

AccessBank hərbi hospitallara və cəbhəyani ərazilərdə yaralılara təcili tibbi yardım göstərmək üçün dərman və tibbi ləvazimataların alınması məqsədilə 200 min manat vəsait ayırıb. Vəsaitin bir hissəsinə isə hərbçilərin ilkin ehtiyaclarını ödəmələri üçün mallar alınacaq.

Caspel və Clip TV şirkətləri hərbi xidmətə çağırılan müştərilərin ailələrinin TV və internet abunəlik haqlarını müvəqqəti dayandırıb.

Əgər sizin şirkət də Fonda ianə edib, lakin siyahıda qeyd olunmayıbsa, bunun üçün [email protected] emailinə şirkətin ödəniş tapşırığını göndərə bilərsiniz.

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et