Sığortalanmış yaşayış sahələrinə zərər dəydikdə sığorta məbləği necə hesablanır? | Banco.az

Sığortalanmış yaşayış sahələrinə zərər dəydikdə sığorta məbləği necə hesablanır?

Məlum olduğu ki, hər birimiz mülkiyyətimizdə olan yaşayış və qeyri-yaşayış sahələrini müxtəlif növ zərərlərdən qorumaq barədə mütəmadi olaraq düşünürük. Lakin sığorta prosesinin hansı normalarla tənzimlənməsi, eləcə də tələb olunan vəsait barədə məlumatların əldə olunmasına ehtiyac yaranır.

Bu barədə hüquqşünas Arif Nəzərov deyib.

Hüquqşünas bildirib ki, ölkəmizdə elə də populyar olmayan daşınmaz əmlakın sığortası bir çox ölkələrdə geniş tətbiq olunan maliyyə alətlərindən biridir.

O bildirib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir."

Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Qanunun 39-cu maddəsinə uyğun olaraq, yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:

- Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;

Ən sərfəli kredit üçün müraciət et

- Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat;

- digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrəsığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat.

Qeyd olunan Qanuna əsasən müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et