Sığortalanan evlərin sayı artıb | Banco.az

Sığortalanan evlərin sayı artıb

Bu ilin sentyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 9405 müqavilə bağlanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,5% çoxdur. Verilən məlumata görə, bu müqavilələrin hesabına 977,7 min manat sığorta haqqı toplanılıb.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 75,7%-i yaşayış evləri və mənzillər, 0,44%-i inzibati binalar, 23,86%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış yaşayış evlərin və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 112 888 sığorta müqaviləsi bağlanılıb ki, bu müqavilələr üzrə sığorta haqqları 11,4 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası üzrə ən çox sığorta müqaviləsi Bakıda (31 965 müqavilə), Sumqayıtda (7 461), Gəncədə (6 569), Astarada (3 285), Salyanda (3045) və Ağsatafada (2 615), ən az müqavilə isə Naftalanda (72), Cəbrayılda (93 ədəd), Xızıda (110 ədəd), Siyəzəndə (298),  Qobustanda (313) və Qaxda (383) bağlanılıb. 

fins.az