“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 83.2.2-ci maddəsinin tələbinə, həmçinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları”na uyğun noyabrın 1 və 3-ü tarixlərində növbəti test imtahanı keçiriləcək.
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarət Xidmətindən verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər 31 noyabr 2014-cü il saat 11:00-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə aşağıdakı e-mail vasitəsilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətinin növü və ya təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər: [email protected]
APA