Azərbaycanın sığorta şirkətləri iri risklərin təkrar sığortasındakı problemlərlə bağlı Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət ediblər.
Verilən məlumata görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, hazırda A kateqoriyalı təkrarsığorta şirkətlərinin reyestrə daxil edilməsində məhdudiyyətlər var: “Sığortaçılar bu məhdudiyyətlərin aradan götürülməsini istəyirlər”.
Sığortaçılar həmçinin təkrar sığorta ödənişindən imtina ilə bağlı yerli qaydaların beynəlxalq qanunvericiliyə uyğunlaşdırılmasını istəyirlər. Orxan Bayramovun sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədə 15 istisna halı müəyyən edilib. Azərbaycanda isə bu göstərici 12-dir.
Fins.az