Sığortaçı Akademiyası layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə növbəti təlim keçirildi | Banco.az

Sığortaçı Akademiyası layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə növbəti təlim keçirildi

17 -18 mart tarixlərində PAŞA Sığorta şirkətinin əməkdaşları “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə növbəti təlim keçirdilər.

Bu müsabiqədə qaliblərə "Sığorta işinin əsasları və korporativ idatəetmə" mövzusunda təlimlər keçirilmişdir.Qeyd etmək istərdik ki, ilk təlim 29 fevral – 1 mart tarixlərində keçirilmiş, təlimdə 11 qalib şəxs iştirak etmişdir.Bu dəfə ki təlimdə 7 qalib şəxs iştiraketdi.

Təlimlər Risklərin İdarə olunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibat mövzularını əhatə edib və PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən şirkətin baş ofisində keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Təlim sonunda bütün iştirakçılar sertfikatla və xüsusi hədiyyələrlə təltif olundular.

Layihənin əsas məqsədi gənclərimizin sığorta biliklərini artırmaqdır, və şirkətdən aldığımız məlumata görə bu istiqamətdə davamlı işlərin görülməsi planlanır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et