ən ciKasko sığortasında yığımlar 13%, ödənişlər isə 8% azalıb
Ən ciddi artım
2015-ci ilin yanvar-iyul aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu növ sığortadan toplanan sığorta haqqı 7,1 dəfə artaraq 2,1 milyon manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 5,4 dəfə artaraq 736,5 min manat, kreditlərin sığortasında isə 4,2 dəfə artaraq 506,4 min manat olub.
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,2% artaraq 42 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 57,5% artaraq 376,3 min manat, tibbi sığortada 1,4% artaraq 46,5 milyon manat, səfər sığortasında 6,8% artaraq 1,26 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 32,9% artaraq 775,1 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 9,8% artaraq 23 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 86,5% artaraq 19,5 milyon manat, avtomobillərin icbari sığortasında isə 20,2% artaraq 45,5 milyon manat manat təşkil edib.
Ən ciddi azalma
7 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb.
Bu növ sığortadan daxilolmaların məbləği 51,9% azalaraq 1,2 min manata düşüb. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında yığım 38,5% azalaraq 209,2 min manat, işin dayanması ilə bağlı risklərdən sığortada isə yığım 27,2% azalaraq 8,3 min manat olub.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 22,5% azalaraq 7,4 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 6,4% azalaraq 5,8 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,1% azalaraq 18,1 milyon manat, avtomobillərin könüllü sığortasında 13,1% azalaraq 18,4 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 1,6% azalaraq 251,8 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 2,4% azalaraq 83,4 min təşkil edib.