Ötən ilin göstəricilərinə əsasən, Avropa ölkələri arasında sığorta yığımlarına görə ilk pillədə Birləşmiş Krallıq qərarlaşıb. Belə ki, 2012-ci il ərzində Britaniya üzrə təqribən 311,5 milyard dollar sığorta haqqı toplanıb. MDB ölkələri arasında bu göstəriciyə görə yenə də Rusiya öndədir – 26 milyard dollar. Ukraynada bu rəqəm 3 milyard dollar, Belarusiyada 520 milyon dollar, Türkiyədə isə təqribən 10.9 milyard dollar təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən il Azərbaycanda təqribən 436.7 milyon dollar sığorta haqqı toplanıb.
Ümumiyyətlə isə 2012-ci il üzrə Avropa ölkələrində sığorta yığımları orta hesabla 1 trilyon 535.2 milyard dollar təşkil edib.
fins.az