Sığorta şirkətlərinin uzunmüddətli aktivlərində vəziyyət necə dəyişib? | Banco.az

Sığorta şirkətlərinin uzunmüddətli aktivlərində vəziyyət necə dəyişib?

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 9-nun bu il yanvarın 1-nə uzunmüddətli aktivləri illik müqayisədə az olub.

Bunlar “Xalq Sığorta”, “Günay Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Azərsığorta”, “Atəşgah Sığorta”, “Atasığorta”, “Bakı Sığorta”, “Xalq Həyat Sığorta” və “Azsığorta” ASC-lərdir.  

Ən çox azalma “Azsığorta”da (56,4%), ən az azalma isə “Xalq Sığorta”da (0,2%) qeydə alınıb.

Qalan 9 sığorta şirkətinin isə uzunmüddətli aktivləri artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta”da (16,8 dəfə), ən aşağı dinamika isə “Meqa Sığorta”da (0,6%) qeydə alınıb.

3 sığorta şirkətinin uzunmüddətli aktivləri 40 milyon manatdan çoxdur

Azərbaycanda 3 sığorta şirkətinin uzunmüddətli aktivləri 40 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 3-nün bu il yanvarın 1-nə uzunmüddətli aktivləri 40 milyon manatdan çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar “PAŞA Həyat Sığorta” (232,818 milyon manat), “PAŞA Sığorta” (74,521 milyon manat) və “Xalq Sığorta” (40,012 milyon manat) ASC-lərdir.

Qalan 16 sığorta şirkətindən 5-nin uzunmüddətli aktivləri 10-24 milyon manat arasında, 9 şirkətin uzunmüddətli aktivləri 1-8 milyon manat arasında, 2 şirkətin uzunmüddətli aktivləri isə 1 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram