Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət 7 ayda 8 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Qala Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 1,773 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1,8% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Bakı Sığorta" ASC-dədir. Bu şirkət 7 ay ərzində 157 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin ödənişləri 88,7% azalaraq 488 min manata düşüb.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!