Sığorta şirkətlərinin aktivlərində vəziyyət necədir? | Banco.az

Sığorta şirkətlərinin aktivlərində vəziyyət necədir?

Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 6-nın bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.

Bunlar "Azərbaycan Sənaye Sığorta" (ASS), "Atəşgah Sığorta", "Azsığorta", "Qala Həyat Sığorta", "Atasığorta" və "AXA Mbask" Sığorta Şirkəti ASC-lədir.

Ən çox azalma "AXA Mbask"da (49,2%), ən az azalma isə ASS-də (1,3%) qeydə alınıb.

Qalan 15 sığorta şirkətinin isə aktivləri artıb. Ən yüksək dinamika "İpək Yolu Sığorta" ASC-də (2,4 dəfə), ən aşağı dinamika isə "A-Qrup Sığorta"da (3,5%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

5 sığorta şirkətinin aktivləri 70 milyon manatdan çoxdur

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri 70 milyon manatdan çox olub.

Bunlar "PAŞA Həyat Sığorta" (400,126 milyon manat), "PAŞA Sığorta" (201,264 milyon manat), "Atəşgah Həyat Sığorta" (97,476 milyon manat), "Xalq Sığorta" (71,721 milyon manat) və "İpək Yolu Sığorta" (70,529 milyon manat) ASC-lərdir.

Qalan 16 sığorta şirkətindən 15-nin aktivləri 10-70 milyon manat arasında, 1 şirkətin aktivləri isə 10 milyon manatdan azdır.

Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et