Bildiyimiz kimi hazırda biznesin bütün sahələrində qadın idarəçilərinin sayı artmaqdadır. Sığorta sahəsində cəmi iki xanım idarə heyətinin sədri vəzifəsini icra etsə də, bu sayın artacağına şübhəmiz yoxdur. Rəhbər xanımları daha yaxından tanıyaq:
Sığorta şirkətini idarə edən xanımlardan biri "Paşa Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovadır.
Ülviyyə Cabbarova 2010-cu ildə "Paşa Holding"də keyfiyyətə nəzarət sistemi üzrə menecer vəzifəsinə təyin edilib, 2011-ci ilin martında isə "Paşa Holding"in qərarı ilə "Paşa Sığorta"nın əməliyyat blokunun İdarə Heyətinin sədr müavini və rəhbəri seçilib.
2012-ci ildən İdarə Heyətinin sədri vəzifəsini icra edir.
Digər xanım CEO isə “Meqa Sığorta”nın İdarə Heyətinin sədri Sevinc Gülmalıyevadır.
Təhsili:
- 1996-2002 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq İqtisadi Münasibətlər" üzrə magistr təhsili alıb,
- 2000-2005 illərdə Çarter Sığorta Universitetində (Böyük Britaniya) oxuyub.
Peşəkar Təcrübəsi:
Gülmaliyeva Sevinc Tofiq qızı sığorta sahəsi üzrə 18 illik təcrübəyə malikdir. Bu sahədə Azərbaycandakı təcrübəsindən başqa o, Rusiya və İngiltərədə fəaliyyət göstərən beynalxalq sığorta-broker şirkətlərində də uzun illər çalışıb.
- 2000-2006 illərdə "Atəşgah Sığorta"da Neft və qaz sığortası departamentinin rəhbəri,
- 2006-2007 illərdə "Benfield Corporate Risk"in Azəbaycan nümayəndəliyinin Baş direktoru,
- 2007-2008 illərdə "Malakut Insurance Brokers"in Azərbaycan nümayəndəliyində baş direktor müavini,
- 2008-2009 illərdə "Malakut Insurance Brokers"in direktoru,
- 2009-2011 illərdə "Marsh"ın Neft və qaz departamentinin rəhbəri,
- 2012-2013 illərdə "Societe de Courtage" Sığorta və Təkrarsığorta Brokerinin sədri,
- 2013-cü ilin aprel-dekabr aylarında "Meqa Sığorta"nın İdarə Heyətinin sədr müavini vəzifələrində olub.
- 2014-cü ilin yanvar ayından “Meqa Sığorta”nın İdarə Heyətinin sədri vəzifəsini icra edir.