Azərbaycanda sığorta şirkətlərinin fəaliyyətinin yoxlanılması qaydalarına dəyişiklik olunub.
Sentybarın 30-da Milli Məclisinin payız sessiyasının ilk iclasında "Sığorta fəaliyyəti haqqında" qanununda dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, sığorta şirkətlərində aparılan yoxlamalar artıq “Sığorta fəaliyyəti haqqında” qanunla deyil, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunla tənzimlənəcək. Məsələ ilə bağlı LS Consulting hüquq şirkətindən bildirilib ki, “Sığorta fəaliyyəti haqqında”qanunun köhnə redaktəsində yoxlama fəaliyyətinin prosedurları tam əhatə olunmurdu. Dəyişikliyə əsasən, qanunla yoxlayıcı orqan olan Dövlət Sığorta Nəzarət Xidmətinin (DSNX) yoxlanılacaq sığorta şirkətləri qarşısında hüquq və vəzifələri təfərrütı ilə əks olunub: “Bununla da yoxlama prosedurları daha aydın şəkildə keçiriləcək”.
Fins.az