Sığorta şirkətləri üçün yeni kapital tələbi! | Banco.az

Sığorta şirkətləri üçün yeni kapital tələbi!

Azərbaycanda sığorta şirkətlərinin minimum kapitalı ilə bağlı tələblər dəqiqləşib. Banco.az-ın Fins.az-a istinadən verdiyi məlumata görə, Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə sığortaçıların tələb olunan kapitalının minimum məbləği aşağıdakı kimi müəyyən edilib.

Qeyri-həyat sığortası fəaliyyəti üzrə:
- fəaliyyətdə olan sığortaçılar üçün - 5 000 000 manat;
- yeni təsis edilən sığortaçılar üçün - 5 000 000 manat;

Həyat sığortası fəaliyyəti üzrə:

fəaliyyətdə olan sığortaçılar üçün:
2015-ci ilin 01 yanvar tarixinədək - 5 000 000 manat;
2015-ci ilin 01 yanvar tarixindən etibarən - 6 500 000 manat;
2016-cı ilin 01 yanvar tarixindən etibarən - 8 000 000 manat;
2017-ci ilin 01 yanvar tarixindən etibarən - 10 000 000 manat;
yeni təsis edilən sığortaçılar üçün - 10 000 000 manat.

Ən sərfəli kredit üçün müraciət et

Təkrarsığorta fəaliyyəti üzrə:

müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə:
fəaliyyətdə olan təkrarsığortaçılar üçün - 20 000 000 manat;
yeni təsis edilən təkrarsığortaçılar üçün - 20 000 000 manat;

sığortaçının təkrarsığorta fəaliyyəti üzrə:

2014-cü ilin 01 mart tarixindən etibarən - 2 500 000  manat;
2015-ci ilin 01 yanvar tarixindən etibarən -5 000 000 manat.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et