Sığorta şirkətləri üçün əlavə yük 2 DƏFƏ ARTACAQ | Banco.az

Sığorta şirkətləri üçün əlavə yük 2 DƏFƏ ARTACAQ

“Gələn il 2020-ci ilin yanvarın 1-dən Azərbaycanda sığorta şirkətlərinin İcbari Sığorta Bürosuna (İSB) ödəmələri 2 dəfə artırılacaq”.

Bunu açıqlamasında “Azərbaycan Sığorta Assosiasiyası” (ASA) İctimai Birliyinin sədri Azər Əliyev deyib.

Onun sözlərinə görə, artıq bu məsələ sığorta şirkətləri ilə razılaşdırılıb.

“Hazırda sığortaçılar İSB-yə sığorta haqqının 5%-i, Maliyyə Bazarlarına Nəzarət Palatasına isə 0,5%-i qədər ödəniş edir. Gələn ildən İSB-yə ödənişlər 10%-ə çatdırılacaq, Palataya ödənişlərdə isə dəyişiklik olmayacaq”, - deyə o, qeyd edib. 

Report.az