Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib.
Qaydalar Palta tərəfindən təsdiq edilib və bu gündən qüvvəyə minir.
Qeyd edək ki, Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.
Qaydalarla bağlı daha ətraflı http://www.huquqiaktlar.gov.az/StatementDetails.as... linkdən tanış olmaq mümkündür.
Sığorta şirkətləri kredit təşkilatlarının illik dövri ödəniş Cədvəli
AZN-lə ifadə edilib
Sığortaçı (Qeyri-həyat) | Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda | 180.000 + (H[1] – 30 mln)×1% | Bir sığortaçı üzrə 700 000 |
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda | 40.000 + (H – 10 mln)×0.70% | ||
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda | H × 0.40% | ||
Sığortaçı (Həyat) | Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda | 198.000 + (H – 30 mln)×1.1% | Bir sığortaçı üzrə 750 000 |
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda | 44.000 + (H – 10 mln)×0.77% | ||
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda | H × 0.44% | ||
Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda) | Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda | 180.000 + (H – 30 mln)×1% | Bir təkrarsığotaçı üzrə 700.000 |
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda | 40.000 + (H – 10 mln)×0.70% | ||
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda | H × 0.40% |
Mənbə: Report.az