Sığorta Şirkətləri nə vaxt istirahətə çıxacaq? | Banco.az

Sığorta Şirkətləri nə vaxt istirahətə çıxacaq?

Bildiyiniz kimi, Novruz bayramı ilə əlaqədar 20.03.2015-dən 28.03.2015-dək Nazirlər Kabineti tərəfindən qeyri-iş günləri kimi təsdiq edilib. 20.03.2015-ci il tarixindən 24.03.2015-ci il tarixinədək isə  rəsmi bayram günləridir. Əksər xidmət sahələrində olduğu kimi, sığorta sektoru da tamamı ilə tətilə yollana bilmir, çünki təhlükəsizliklə bağlı məsələlər öz zəruriliyi ilə seçilir.  Bəs, sığorta şirkətləri qeyd olunan tarixlərdə qeyri-ş günü elan ediblər? Bu məsələ ilə bağlı Banco.az portalı olaraq sığorta şirkətlərinin qeyri-iş günlərini sizin nəzərinizə çatdırmaq istəyirik.

A-Group Insurance Company- Şirkət 20, 21, 22, 23, 24, 25 mart tarixlərində fəaliyyət göstərməyəcək.

AMRAH Sığorta / AMRAH İnsurance- Şirkət  20-28 mart tarixlərini qeyri iş günü elan edib.

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti-Bayramdan sonrakı ilk iş günü mart ayinin 30-udur.

AXA MBASK-20-28 mart tarixləri tətil günləri olacaq. Şirkət öz fəaliyyətini 29 martda bərpa edəcək.

Azərbaycan Sənaye Sığorta ASC-20-28 mart tarixləri tətil günləri olacaq. Şirkət öz fəaliyyətini 29 martda bərpa edəcək.

Alfa Sığorta -  20-28 mart tarixləri qeyri iş günləridir. Şirkət öz fəaliyyətini 29 martda bərpa edəcək.

Atəşgah Sığorta- 20-28 mart tarixləri tətil günləri olacaq. 29 mart şənbə gününə təsadüf etdiyindən, bu gün şirkətin yalnız mətbuat ofisi fəaliyyət göstərəcək.

Bakl Sığorta-20-28 mart tarixləri tətil günləri olacaq. Şirkət öz fəaliyyətini 29 martda bərpa edəcək.

Ən sərfəli kredit üçün müraciət et

"Başak-İnam Sığorta Şirkəti" ASC- Dövlət təfərəfindən elan edilmiş qeyri iş günlərində şirkət işləməyəcək, sadəcə olaraq hadisə zamanı ekspertlər xidmət göstərəcəklər. Hadisə zamanı xidmət şirkətimiz tərəfindən 7/24 qrafiki ilə təmin olunur.

Beynəlxalq Sığorta Şirkəti-20-28 mart tarixləri qeyri iş günləridir. Şirkət öz fəaliyyətini 29 martda bərpa edəcək. 19 mart isə qısa iş günüdür, şirkət 17:00-a kimi fəaliyyət göstərəcək.

Buta Insurance-20 mart tarixindən 29 mart tarixinə kimi qeyri iş günləridir.

“Meqa Sığorta” ASC 20.03.2015-ci il tarixindən 24.03.2015-ci il tarixinədək rəsmi bayram günləridir! 20.03.2015-ci il tarixindən 28.03.2015-ci il tarixinədək qeyri-iş günləri hesab olunur, 29.03.2015-ci il tarixi iş günü kimi sayılır. Şübhəsiz ki, növbətçilər olacaq.

Qarant Sığorta ASC-20-28 mart tarixləri tətil günləri olacaq. Şirkət öz fəaliyyətini 29 martda bərpa edəcək.

Paşa  Sığorta-20-28 mart tarixləri qeyri iş günləridir.

Revan Sigorta ASC-20-28 mart tarixləri qeyri iş günləridir.

Standart İnsurance- 20-28 mart tarixləri tətil günləri olacaq. Şirkət öz fəaliyyətini 29 martda bərpa edəcək.